GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Sofi Laquttu Fransanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, Bakı ilə Paris arasında əlaqələrin inkişafına ümidvar olduğunu bildirib.
Globalinfo.az bildirir ki, bu barədə azərbaycanlı diplomat “X” hesabında yazıb.
“Hörmətli həmkarım Sofi Laquttu səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, birgə səylərimiz Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək”, – L.Abdullayeva vurğulayıb.
Mes sincères félicitations, chère collègue @Sophie_Lagoutte. J’espère que nos efforts conjoints contribueront au développement des relations bilatérales entre ????.
Təbrik edirəm və uğurlar arzulayıram. https://t.co/MhBYmsvkCg pic.twitter.com/WlxY2a1oaj
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) August 20, 2025
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.