ain.az, Idmanxeber.az saytına istinadən bildirir.
Futbol üzrə Azərbaycan çempionatında 10 ildən sonra ilk turun üç oyununda heç-heçə qeydə alınıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Misli Premyer Liqasının 2025/2026 mövsümünün startı heç-heçələrlə zəngin olub. 1-ci turda baş tutan 5 oyundan üçü “sülh”lə nəticələnib.
“Karvan-Yevlax” – “Qəbələ”, “Neftçi” – “Şamaxı” və “Zirə” – “Araz-Naxçıvan” görüşlərində eyni – 1:1 hesabı qeydə alınıb. Start turunda üç heç-heçəyə təsadüf olunması son 10 mövsümdə ilk dəfə yaşanıb.
Sonuncu dəfə 2015/2016 mövsümündə ilk turda 3 bərabərlik olub. Həmin vaxt da 5 matç baş tutub.
Startda daha çox heç-heçəyə sonuncu dəfə 2012/2013 mövsümündə təsadüf olunub. Həmin vaxt 5 görüşün dördündə qalib müəyyənləşməyib.
Cari mövsümün 1-ci turunun keçirilən 5 oyununda 10 qol vurulub. Orta məhsuldarlığın 2,00-yə bərabər olması son 5 mövsümün startında ən aşağı göstəricidir. Sonuncu dəfə 2020/2021 mövsümündə bu rəqəm 2,00 olub.
Birinci turun bir matçı təxirə salınıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.