“Qarabağ” UEFA Çempionlar Liqasının təsnifat mərhələsində statistik göstəricilərdə önə çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu indiyədək keçirdiyi 5 oyunda 13 qol vuraraq turnirin ən məhsuldar komandasıdır. “Malmö” və “Srvena Zvezda” (11 qol) ikinci yerdədir.
Azərbaycan çempionu həm də topa sahib olma göstəricisində (62 faiz), eləcə də rəqibdən top almaqda da (42 dəfə) birincidir.
Xatırladaq ki, Qurban Qurbanovun komandası pley-off mərhələsinin ilk matçında səfərdə “Ferentsvaroş”u 3:1 hesabı ilə məğlub edib.