AZ

İsrail müdafiə naziri Qəzzaya hucum planını təsdiqləyib

Müdafiə naziri İsrael Katz İsrail ordusunun qərargah rəisi Eyal Zamir və İsrail ordusunun yüksək komandanlığının ona təqdim etdiyi Qəzza şəhərinə hücum planını təsdiqləyib.

AzPost bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Əməliyyat “Gideonun arabası 2” adlanır. Qeyd edilir ki, bu, “Gideon arabaları” əməliyyatının davamı olacaq.

Bu həftə başlaya biləcək əməliyyatı həyata keçirmək üçün 60 min ehtiyatda olan əsgərin çağırılacağı bildirilir. Hazırda zolaqda çağırışçılarla yanaşı 20 min ehtiyatda olan döyüşçü var. Ehtiyatda olan hərbçilərə çağırış vərəqələrinin paylanması  çərşənbə günü başlayır.

Bundan əlavə, Qəzza şəhərinin sakinlərinin təxliyəsi və “Həmas terrorçularını tamamilə məhv edilənə qədər təcrid etmək məqsədi ilə” zolağın cənubunda müvəqqəti düşərgələrdə yerləşdirilməsi planı təsdiq edilib.

AzPost.az

Seçilən
20
azpost.info

1Mənbələr