futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Ferentsvaroş”un futbolçusu Barnabas Varqa Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a uduzduqları ilk oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, 1:3 hesabıyla bitən görüşdə komandasının yeganə qolunu vuran hücumçu bunları deyib:
“Nəsə demək çətindir. Məğlub olduq, amma təslim olmayacağıq. İkinci hissədə daha yaxşı oynamalıydıq. Cavab matçında dəyişikliklər edib, yerimi tapmalıyıq. “Qarabağ” yarımmüdafiədə çox inamlı oynadı. Əslində bunu gözləyirdik. Hər bir halda, qarşıda bir oyunumuz var. Hələ heç nə bitməyib”.
Cavab oyunu avqustun 27-də Bakıda olacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.