AZ

Rusiyada ticarət mərkəzində yanğın olub

Rusiyanın Kemerovo şəhərində "Laplandiya" ticarət mərkəzində yanğın baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Kemerovo vilayətinin qubernatoru İlya Seredyuka istinadla məlumat yayıb.

"Binanın üzlüyü yanır. Ticarət mərkəzinin əməkdaşları və ziyarətçiləri təxliyə olunur", - o bildirib.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Hazırda fövqəladə hallar üzrə xidmətlərin əməkdaşları hadisə yerindədirlər.

Seçilən
16
6
ikisahil.az

7Mənbələr