AZ

“Eurovision-2026” Vyanada keçiriləcək

Avstriyanın paytaxtı Vyana dünyanın ən böyük musiqi hadisəsi olan 70-ci "Eurovision-2026" mahnı müsabiqəsinin keçiriləcəyi yer olaraq seçilib...

“Report” xəbər verir ki, bu barədə Avstriyanın “ORF” ictimai televiziya şirkəti məlumat yayıb.

Vyana müsabiqəyə 1967 və 2015-ci illərdə ev sahibliyi edib. Namizədlərin qısa siyahısında iki şəhər - Vyana və İnsbruk yer alıb. Vyana paytaxtın geniş imkanlarını, İnsbruk isə Alp dağlarının atmosferini və müasir infrastrukturu təklif edirdi.

Avstriya "Eurovision-2026"nı keçirmək hüququnu ölkəni 2025-ci il müsabiqəsində "Wasted Love" mahnısı ilə təmsil etmiş müğənni JJ-nin qələbə qazanmasından sonra əldə edib.

Müsabiqə 12, 14 və 16 may 2026-cı il tarixlərində keçiriləcək.

Poliqon.info

Seçilən
98
13
poliqon.info

10Mənbələr