AZ

“Avroviziya 2026” bu şəhərdə keçiriləcək

Avstriyanın paytaxtı Vyana şəhəri 2026-cı ildə keçiriləcək 70-ci “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.

OLAY yazır ki, bu barədə “Eurovision Song Contest” məlumat yayıb. 

İncəsənətin tarixi mərkəzi sayılan Vyana bu müsabiqəyə üçüncü dəfə ev sahibliyi edəcək. Şəhər daha əvvəl Avstriyanın ilk iki qələbəsindən sonra - 1967 və 2015-ci illərdə mahnı müsabiqəsinin qonaqlarını qarşılayıb. 

70-ci “Avroviziya” mahnı müsabiqəsinin yarımfinalları 12 may və 14 may, böyük final isə 16 may - şənbə günü Avstriyanın ən böyük qapalı arenası olan “Wiener Stadthalle”də keçiriləcək.

Qeyd edək ki, ötən il “Avroviziya” mahnı müsabiqəsi İsveçrənin Bazel şəhərində keçirilib. Avstriyanı təmsil edən JJ (Yohannes Piç) “Wasted Love” adlı mahnısı ilə 436 xal toplayıb və yarışmanın qalibi olub. Ölkəmizi yarışmada “Mamagama” qrupu “Run with you” mahnısı ilə təmsil edib.

Seçilən
96
13
olay.az

10Mənbələr