AZ

Metyu Perrinin ölümü: Son sözləri və ketamin qalmaqalı

Kulis.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Friends” serialında canlandırdığı “Chandler Bing” obrazı ilə tanınan aktyor Metyu Perri 2023-cü ilin 28 oktyabrında Malibudakı evindəki jakuzidə ölü tapılmışdı.

Kulis.az xəbər verir ki, araşdırmalara görə onun orqanizmində yüksək miqdarda anestezik maddə – ketamin aşkarlanıb.

Hadisə ilə bağlı beş nəfər – iki həkim və aktyorun şəxsi köməkçisi də daxil olmaqla, bir neçə şəxs saxlanılıb.

Sonuncu şübhəli, 42 yaşlı Casvin Sanqa da günahını qəbul edib.

ABŞ Ədliyyə nazirliyinin məlumatına görə, o, “ölümlə nəticələnən ketamin paylanması” və digər narkotiklə bağlı 5 ittiham üzrə məsuliyyət daşıyır.

Sanqanın qarşıdakı məhkəmə prosesində ən azı 11 il həbs cəzası alacağı gözlənilir. Əvvəllər Erik Fleminq, Kennet İvamaşa və doktor Mark Çaves də eyni ittihamları qəbul etmişdi.

Qeyd edək ki, Perri ölümündən əvvəl köməkçisinə “Mənə yüksək doza ketamin ver” deyərək ondan jakuzini hazırlamasını istəmişdi.

"Mənim sənə verdiyim boyunbağının brilyantları saxta idi!" - Gi de Mopassan

Vaqif Bayatlı Odərin yubiley tədbiri - Video

“İnterviziya"da Çini kimin təmsil edəcəyi bəlli oldu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
kulis.az

2Mənbələr