AZ

Almaniyada əcnəbi tələbələr iş tapa bilmir

Almaniya ali təhsil üçün ən çox seçilən ölkələrdən biridir. Xüsusilə beynəlxalq tələbələr buranı keyfiyyətli təhsil və güclü iqtisadi imkanlara görə üstün tuturlar. Lakin yeni araşdırma göstərir ki, məzunların böyük hissəsi Almaniyada karyera qurmaq istəsə də, bu prosesdə ciddi çətinliklərlə üzləşir.

AzEdu.az-ın xarici mənbədən aldığı məlumata görə, xarici tələbələrin iş tapmasına dəstək mexanizmləri kifayət qədər güclü deyil. Onların çoxu alman dili baryeri, mürəkkəb bürokratik prosedurlar və iş bazarına inteqrasiyanın zəif təşkili səbəbilə ölkədə uzunmüddətli qalmaqda çətinlik çəkir.

Ekspertlər bildirirlər ki, Almaniyanın beynəlxalq tələbələr üçün təhsil cəlbediciliyi yüksək olsa da, məzuniyyət sonrası mərhələdə kifayət qədər imkan yaradılmır. Bu isə tələbələrin bir qisminin məcburən başqa ölkələrə üz tutmasına gətirib çıxarır.

Seçilən
5
azedu.az

1Mənbələr