Yaponiyada “atəş topu” müşahidə edilib
Ajans.az Haber Global-a istianadən xəbər verir ki,hadisə yerli vaxtla saat 23:08-də baş verib. Xüsusilə Kaqosima və Miyazaki prefekturalarında sakinlər parlaq meteorun sürətlə Yerə doğru hərəkət etdiyini müşahidə ediblər. Mütəxəssislərin sözlərinə görə, bu, atmosferə daxil olduqdan sonra toz və ya qaya hissəciklərinin yanması nəticəsində yaranan “alov topu”dur. Onlar meteorun Yaponiyanın yaxınlığında okeana düşdüyünü ehtimal edirlər. https://dai.ly/x9p3vx0