AZ

İstanbulda azərbaycanlı evində ölü tapılıb

İstanbulun Esenyurt rayonunda azərbaycanəsilli 58 yaşlı Olqa Aydın yaşadığı evdə ölü tapılıb.

XəzərNews.az bu barədə İHA agentliyinə istinadən məlumat verir.

Bildirilir ki, qonşular qadının evindən gələn xoşagəlməz qoxu ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Mənzilə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları qadının meyitini aşkarlayıblar.

İlkin araşdırma nəticəsində qadının pul qarşılığında xəstə baxıcısı işlədiyi və içki düşkünü olduğu, bir neçə gün əvvəl öldüyü müəyyən edilib.

Meyit müayinə üçün ekspertizaya təhvil verilib. Hadisə ilə bağlı Esenyurt Prokurorluğu araşdırmalara başlayıb.



Xəbər 2 dəfə oxunub.
Seçilən
79
10
xezernews.az

10Mənbələr