AZ

“YAŞAT” Fondu Vətən müharibəsi şəhidi Xəyal Məmmədovun ailəsinə dəstək göstərir  

“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fond Vətən müharibəsi şəhidi Xəyal Məmmədovun ailəsinə də fəaliyyət istiqamətləri üzrə mütəmadi dəstək göstərir.

Qeyd edək ki, qəhrəmanımız - 2020-ci ilin sentyabr ayında Vətən müharibəsinə qatılan Xəyal Məmmədov Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə iştirak edib. O, oktyabrın 20-də Qubadlı döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Xəyal Məmmədov sağlığında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 və 100 illiyi yubiley medalları, ölümündən sonra isə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Seçilən
51
7
azerbaijan-news.az

8Mənbələr