AZ

İstanbulda azərbaycanəsilli qadının meyiti tapılıb

İstanbulun Esenyurt rayonunda azərbaycanəsilli 58 yaşlı Olqa Aydın yaşadığı evdə ölü tapılıb.

Bakues.az “Oxu.az”a istinadən xəbər verir ki, qonşular qadının evindən gələn xoşagəlməz qoxu ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Mənzilə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları qadının meyitini aşkarlayıblar.

İlkin araşdırma nəticəsində qadının pul qarşılığında xəstə baxıcısı işlədiyi və içki düşkünü olduğu, bir neçə gün əvvəl öldüyü müəyyən edilib.

Meyit müayinə üçün ekspertizaya təhvil verilib.

Hadisə ilə bağlı Esenyurt Prokurorluğu araşdırmalara başlayıb.

Seçilən
72
10
icma.az

10Mənbələr