AZ

"Siti" Donnarumma üçün hərəkətə keçdi: Bu qədər təklif edirlər

PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını "Mançester Siti"də davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Alfredo Pedulla məlumat yayıb.

Mənbənin sözlərinə görə, İngiltərə klubu 26 yaşlı qolkiperin transferi ilə bağlı danışıqlara başlayıb. Paris təmsilçisi oyunçu üçün 23-25 milyon avro ala bilər ki, bu da klubun əvvəlcə istədiyi məbləğin təxminən yarısıdır.

2024/25 mövsümündə Donnarumma bütün turnirlərdə 47 oyunda meydana çıxıb, 43 qol buraxıb və 17 qarşılaşmanı qapısını toxunulmaz saxlayaraq başa vurub. Onun PSJ ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir.

Seçilən
51
17
publika.az

10Mənbələr