AZ

Avropada LİDER BÖHRANI – Köhnə qitənin siyasi elitasının ÇÖKÜŞÜ

Son illərdə Avropa siyasətində müşahidə olunan ən böyük problemlərdən biri lider böhranıdır.

Bu, Ukrayna müharibəsi başlayandan sonra özünü daha aydın büruzə verdi. Belə ki, dünyada “güc mərkəzi” kimi qəbul edilən Avropanın müharibədən sonra sərgilədiyi mövqe onların əsl simasını ortaya qoydu.
 

MÖVZU İLƏ BAĞLI

Tramp, Zelenski və Avropa liderlərinin birgə görüşü YEKUNLAŞDI


“Köhnə qitə”nin siyasi elitası necə çökdü?

Yaxşı xatırlayırıq, 2022-ci ilin fevralında Rusiya Ukraynaya hücum edəndə Avropada da xaos başladı. Bunun əsas səbəbi isə uzun illərdir Avropa ölkələrinin təhlükəsizliyini ABŞ-a əmanət etməsi idi. Onlar Avropadakı ABŞ bazalarına güvənir, hərbi xərcləri isə durmadan azaldırdılar.

İş o yerə çatmışdı ki, NATO-nun hədəfi olan dövlət büdcəsinin 2 faizini hərbi sahəyə ayırmaq öhdəliyini də əksər Avropa ölkələri yerinə yetirmirdi.

Bayden dönəmində pis-yaxşı Avropanın bu taktikası işə yarayırdı. Köhnə qitənin liderləri də ABŞ-ın müdafiə çətiri altında gizlənib, rahatca Rusiyanı tənqid edə bilirdilər. Ən yaxşı halda isə Rusiyaya qarşı sanksiya paketləri qəbul edirdilər ki, bunun da elə bir nəticəsi olmadı.


Çünki avropalılar öz qoyduqları sanksiyalara belə düzgün əməl etmirdilər. Məsələn, Moskvaya qarşı üzdə ən radikal mövqe sərgiləyən Fransa ötən il Rusiya maye qazının ən böyük alıcısı olmuşdu. Bu cür ikiüzlü siyasətin nəticəsində Avropa siyasi elitasının çöküşü gec-tez özünü büruzə verməli idi.

Tramp dönəmində Avropa

ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra Avropa İkinci Dünya Müharibəsindən sonrakı ən böyük təhlükə ilə üz-üzə qaldığını anladı. Çünki Tramp Baydendən fərqli olaraq, ilk növbədə öz ölkəsinin maraqlarını düşünərək, sülhün təmin olunması üçün əlindən gələni etməyə başladı. Üstəlik, Avropaya başa saldı ki, indi onlar üçün əlini daşın altına qoymaq vaxtıdır.
 

ABŞ-ın müdafiə çətirinin yavaş-yavaş qapandığını görən avropalı başbilənlər uzun illərdən sonra ilk dəfə real böhran qarşısında qaldılar. Avropada lider böhranının nə dərəcədə dərin olduğu məhz o zaman aydın şəkildə göründü.


Ancaq nə fayda

İllərdir aparılan yanlış siyasəti bir neçə ay ərzində düzəltmək təbii ki, mümkün deyil. Bunun üçün illər lazımdır. Ancaq Avropanın o qədər vaxtı yoxdur. Bunu Avropa liderləri özləri etiraf edir, yaxın perspektivdə hərbi sahəni gücləndirmək üçün təcili addımların zəruriliyindən bəhs edirlər.

İndiki vəziyyətdə isə köhnə qitə ABŞ-a möhtacdır. Bu asılılığın nə dərəcədə böyük olduğu haqqında uzun-uzadı yazmaq, statistik rəqəmləri ortaya qoymaq olar. Amma buna ehtiyac yoxdur.

Çünki bəzən bir foto bir kitabdan daha çoxunu deməyi bacarır...

Avqustun 18-də Ağ Evdə, Oval kabinetdə çəkilən foto da məhz belə fotolardan biridir. Həmin fotoda Tramp öz kreslosunda müəllim ədası ilə əyləşib. Avropanın liderləri isə mühazirə dinləyən şagirdlər kimi onun qarşısında düzülüblər.


İllərdir aparılan yanlış siyasətin, lider böhranının nəticəsi məhz həmin mənzərədir. Tramp Avropa liderlərini özü ilə bərabərsəviyyəli rəhbərlər olaraq görmür, onlara yuxarıdan aşağı baxırdı.

12 gün əvvəlki mənzərə
 

Bu mənzərə fonunda cəmi 12 gün əvvəl Ağ Evdə keçirilən başqa bir görüşü xatırlatmaqda fayda var. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Ağ Evdə Donald Trampla görüşmüşdü. Həmin görüşdə İlham Əliyev Trampla yanaşı əyləşmişdi.



Bu isə tərəflərin biri-biri ilə bərabərsəviyyəli statusda dialoq qurduğunun aydın göstərcisidir.

Maraqlıdır ki, Avropa liderləri ilə müzakirələr zamanı Trampın özü də İlham Əliyevlə görüşünü xatırladıb və Azərbaycanı möhtəşəm ölkə adlandırıb.

İki görüş arasında müqayisə isə təkcə Azərbaycan liderinin nüfuzunu nümayiş etdirmir. Eyni zamanda Avropa siyasi elitasının çöküşünü və köhnə qitədəki lider böhranını aydın şəkildə ortaya qoyur...

Bizim.Media-nın analitik qrupu 

Seçilən
47
bizim.media

1Mənbələr