Stiven Hokinqin 2025-ci il proqnozu gerçəkləşdi
Ajans.az Haber Global-a istiandən xəbər verir ki,elm dünyasının ən nüfuzlu simalarından olan Hokinq, illərlə apardığı araşdırmalar və kainatın naməlum sirlərinə işıq salması ilə tanınıb. Onun sözləri həmişə xüsusi diqqətlə qarşılanıb və gələcəyə dair proqnozları geniş müzakirələrə səbəb olub. Hokinqin illər əvvəl verdiyi proqnoza görə, 2025-ci ilə qədər süni intellekt həyatımızın hər sahəsinə daxil olacaq, iş tərzimizi və dünya ilə qarşılıqlı münasibətlərimizi kökündən dəyişdirəcək. Alim eyni zamanda xəbərdarlıq etmişdi ki, süni intellekt nəzarətsiz qalarsa, insanlıq üçün ciddi fəlakətlərə yol aça bilər. Hazırda süni intellektin iş dünyasında təsiri artıq aydın şəkildə görünür. Bir çox şirkətlər işçi heyətinin böyük hissəsini ixtisar edərək süni intellektlə əvəzləyir. Xüsusilə təkrarlanan və adi işlər sürətlə avtomatlaşdırılır. Bu proses, Hokinqin də qeyd etdiyi kimi, gəlirlərin və iş yerlərinin yenidən bölüşdürülməsi zərurətini gündəmə gətirir. Hokinqin fikrincə, süni intellektin təhlükəsiz və məsuliyyətli istifadəsi üçün elm adamlarının, qanunvericilərin və cəmiyyətin birgə iştirakı ilə hüquqi çərçivələrin yaradılması vacibdir. Əks halda sosial bərabərsizliklər daha da dərinləşə bilər.