AZ

Azərbaycandan xarici bazarlara pomidor ixracı 22,8% artıb

Azərbaycandan xarici bazarlara pomidor ixracında ciddi artım müşahidə olunur.

Kommersant.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu ilin yanvar-iyul aylarında ölkəmizdən 143,577.7 ton pomidor ixrac edilib. Pomidor ixracının ümumi dəyəri 157 milyon dollara yaxındır.

Qeyd edilib ki, bu ilin ilk 7 ayı ərzində pomidor ixracında həcm olaraq 22,8%, dəyər olaraq 12,4% artım qeydə alınıb.

Məlumatda bildirilib ki, xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracı davam edir.

Seçilən
0
8
kommersant.az

10Mənbələr