Bakıda qətl hadisəsi olub.
News365.az xəbər verir ki, avqustun 19-da paytaxtın Xətai rayonu ərazisində 60 yaşlı Firdovsi Həsənovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən bacısı oğlu, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 32 yaşlı Rəhim Qasımov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.