AZ

Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!

Ajans.az Teleqrafa istinadən xəbər verir ki, o, burada Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki roluna bir daha toxunub. Digər münaqişələr arasında Tramp burada da mühüm töhfəsi olduğunu qeyd edib. Ermənistan-Azərbaycan sülh prosesindən danışan ABŞ prezidenti Ermənistanı “Albaniya” adlandırıb. Tramp vurğulayıb ki, o, 34-35 il müharibə şəraitində olan Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasın da müsbət rol oynayıb. “Hətta bəziləri mənə deyirdilər ki, bunu həll edə bilməzsən, amma mən bunu həll etdim”, - ABŞ prezidenti əlavə edib.

Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünü də xatırladıb.

Seçilən
21
7
Ajans.az

8Mənbələr