AZ

Kişi öz dayısını öldürdü - Bakıda DƏHŞƏT

Bakıda qətl hadisəsi olub.


Manset.az-ın Lent.az-a istinadən xəbər verir ki, avqustun 19-da paytaxtın Xətai rayonu ərazisində 60 yaşlı Firdovsi Həsənovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən bacısı oğlu, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 32 yaşlı Rəhim Qasımov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Seçilən
74
22
manset.az

10Mənbələr