“Napoli” “Sevilya”nın müdafiəçisi Xuanlu Sançesin transferində maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı ispaniyalının transferi ilə bağlı danışıqlar bir neçə həftə davam edib. Transfer məbləği 17 milyon avro civarında olmalıdır. Futbolçu tibbi müayinə və sənədləşmə işləri üçün Neapola getmək üçün son icazəni gözləyir.
2024/25 mövsümündə Sançes 35 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Sevilya” ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.