AZ

Meksika ilə sərhəddəki hasar yenidən qara rəngə BOYANACAQ

Tramp günəşdə daha çox qızması üçün Meksika ilə sərhəddəki hasarın yenidən qara rəngə boyanmasına qərar verib.

İnterpress.az xəbər verir ki, bunu ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem deyib.

ABŞ prezidenti Donald Tramp qeyri-qanuni miqrasiya ilə mübarizənin qeyri-adi üsulunu təklif edib.

O, Meksika ilə sərhəd hasarının yenidən qara rəngə boyanmasını istəyir. Onun planına görə, metal istidə daha çox qızacaq və belə bir hasara dırmaşmaq demək olar ki, mümkün olmayacaq.

Noem vurğulayıb ki, bu ideya “yüksək temperaturda qara olan hər şeyin daha çox qızdırıldığını anlayan prezidentdən gəlir”.

Noemin sözlərinə görə, hündür metal dirəklərdən düzəldilmiş quruluşun özü artıq “aşmaq çox çətindir”.

Nazir onu da qeyd edib ki, hasarın altını qazmaq cəhdləri mənasızdır: bünövrə torpağın dərinliyinə gedir.

Tramp ilk dövründə divarın tikintisinə başlayıb və indi layihəni başa çatdırmaq niyyətindədir.

Onun planına görə, hasar yaxın illərdə Meksika ilə bütün cənub sərhədi boyunca uzanmalıdır.

Bu açıqlamalar fonunda yeni statistik məlumatlar ortaya çıxıb. USAFacts platformasına görə, 2025-ci ilin iyun ayında 6100-ə yaxın qeyri-qanuni sərhəd keçidi qeydə alınıb. Bu, bir il əvvəl Co Baydenin dövründə belə halların sayının 130 mini ötdüyündən 92,7% azdır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
41
1
interpress.az

2Mənbələr