AZ

Novo Nordisk ABŞ-da Ozempic qiymətini ayda 499 dollara endirib

Finss.az xəbər verir ki, Danimarkanın əczaçılıq şirkəti Novo Nordisk ABŞ-da müalicəni özləri ödəyən xəstələr üçün arıqlayan Ozempic dərmanının qiymətini xeyli aşağı salıb.

CNBC yazır ki, bir aylıq müalicə kursu (dərmanın üç dozası) sığorta ilə alınarsa, demək olar ki, 1,350 min dollar əvəzinə 499 dollara başa gələcək. Bu qiymət, o cümlədən Novo Nordisk-in rəsmi saytında və GoodRx şəbəkəsinin 70 mindən çox aptekində müəyyən ediləcək. Qiymətlərin aşağı salınması qərarı əczaçılıq şirkətlərinə artan siyasi təzyiq fonunda qəbul edilib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Novo Nordisk və digər dərman istehsalçılarına məktublar göndərərək, onları dərmanların satış qiymətlərini aşağı salmağa çağırıb. Novo Nordisk səhmləri bazar ertəsi günü 6,4% bahalaşıb.

İlin əvvəlindən Avropada əvvəllər ən bahalı hesab edilən şirkətin kapitallaşması 44% azalaraq 1,45 trilyon Danimarka krona (230 milyard dollar) düşüb.

Seçilən
415
21
fins.az

10Mənbələr