AZ

Premyer Liqa: Son 10 ildə ilk dəfə startda 3 heç-heçə

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün startı heç-heçələrlə zəngin olub.

Arena.az xəbər verir ki, 1-ci tur çərçivəsində baş tutmuş 5 oyundan üçü sülhlə nəticələnib.

“Karvan” – “Qəbələ”, “Neftçi” – “Şamaxı” və “Zirə” – “Araz-Naxçıvan” görüşlərində eyni – 1:1 hesabı qeydə alınıb. Start turunda üç heç-heçəyə təsadüf olunması son 10 mövsümdə ilk dəfə yaşanıb.

Sonuncu dəfə 2015/2016-cı illər mövsümündə ilk turda 3 bərabərlik olub. Həmin vaxt da 5 matç baş tutub.

Startda daha çox heç-heçəyə sonuncu dəfə 2012/2013-cü illər mövsümündə təsadüf olunub. Həmin vaxt 5 görüşün dördündə qalib müəyyənləşməyib.

Cari mövsümün 1-ci turunun 5 oyununda 10 qol vurulub. Orta məhsuldarlığın 2,00-yə bərabər olması son 5 mövsümün startında ən aşağı göstəricidir. Sonuncu dəfə 2020/2021-ci illər mövsümündə bu rəqəm 2,00 olub.

Xatırladaq ki, Premyer Liqanın 1-ci turunun bir matçı təxirə salınıb. “Qarabağ”ın “Sabah”la görüşünün dəqiq hansı tarixdə keçiriləcəyi hələ bəlli deyil.

Seçilən
29
20
arena.az

10Mənbələr