AZ

“Neftçi” rəhbərliyi ona görə bir neçə qapı döydü - Pulunu da veririk, sizdə oynasın

«Neftçi» rəhbərliyi Andrey Ştoqrinə kömək etməyə qərar verib.

Bakılı rəsmilər Azərbaycandan ayrılmaq istəməyən ukraynalı legionerə yeni komanda tapmaqda yardımçı olmaq yolunda əməli addımlar atır.

Onlar Premyer Liqanın bir neçə klubunda çalışan həmkarları ilə əlaqə saxlayaraq, 29 yaşlı vingeri icarəyə vermək istədiklərini bildiriblər. «Ağ-qaralar» bu keçidin baş tutması üçün Ştoqrinin məvacibinin bir hissəsini ödəməyə hazırdır.

O, 2024-cü ilin yayında «Neftçi» ilə 3 illik müqavilə imzalayıb. Roman Qriqorçukun sevimlisi onun gedişindən sonra əsas heyətdəki yerini itirib.

Samir Abasovun etimadını doğrulda bilməyən ön xətt oyunçusu yeni mövsüm üçün sifariş olunmayıb. Peşəkar Futbol Liqasına təqdim olunan iştirak ərizəsindən kənarda qalan Ştoqrin 17000 dollar əməkhaqqı alır.

Onun adı həmçinin Ukraynanın bəzi klubları ilə yanaşı hallanır. Bu siyahının başında vaxtilə formasını geyindiyi «Çernomorets» gəlir.

Fəqət, səbəbkar müharibənin davam etdiyi ölkəsinə qayıtmağı arzulamır.

Əsas da həyat yoldaşına görə. Xanımı Azərbaycanda özünü xoşbəxt sayır və ərindən burada qalmağı tələb edir.

SPORTİNFO.AZ

Seçilən
13
sportinfo.az

1Mənbələr