AZ

Bryanskda ukraynalı diversantların saxlanıldığı bildirilir – Öldürülənlər var


Bryansk vilayətində sərhədçilər Rusiya Milli Qvardiyası və polislə birlikdə nəqliyyat obyektlərində terror aktları planlaşdıran Ukrayna təxribat-kəşfiyyat qrupunu (TXQ) saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, TXQ Xüsusi Əməliyyatlar Xidmətinin əməkdaşlarından ibarət olub və ona Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) nəzarət edib.
FTX-nin məlumatına görə, üç nəfər saxlanılıb, daha üç nəfər saxlanılma zamanı öldürülüb. Əməliyyat zamanı təhlükəsizlik qüvvələri tərəfindən 6 tüfəng, 16 kiloqram partlayıcı maddə, qumbara və patron, həmçinin BKİ rəhbərliyi ilə əlaqə saxlamaq üçün radiostansiya aşkar edilərək götürülüb.
Seçilən
15
yeniavaz.com

1Mənbələr