“Avroviziya 2026” Mahnı Müsabiqəsi Vyanada keçiriləcək.
Publika.az xəbər verir ki, Avstriyanın paytaxtı 2025-ci ilin yazında ölkə təmsilçisinin qələbəsindən sonra müsabiqənin ev sahibi şəhəri adlandırılıb.
Vyana tarixində üçüncü dəfə Avroviziyaya ev sahibliyi edəcək. Şəhər daha əvvəl 1967 və 2015-ci illərdə müsabiqəyə ev sahibliyi edib.