ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələr həyata keçirilməsəydi, Tehran cəmi dörd həftə ərzində nüvə silahı əldə edə bilərdi.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bu barədə amerikalı jurnalist Mark Levinə müsahibəsində deyib:
“Yeri gəlmişkən, düşünürəm ki, onların dörd həftə ərzində nüvə silahı olacaqdı. Onlar da onlardan istifadə edərdilər”.
ABŞ lideri həmçinin özünü və İsrailin baş naziri Benyamin Netanyahunu “müharibə qəhrəmanları” adlandırıb:
“O, müharibə qəhrəmanıdır, çünki biz birlikdə işləyirik. Mən də varam, təyyarələri göndərmişəm”.