AZ

Ronaldolu “Əl-Nəsr” Super Kubokun finalına yüksəldi

“Əl-Nəsr” və “Əl-İttihad” komandaları futbol üzrə Səudiyyə Ərəbistanı Super Kubokunun yarımfinalında üz-üzə gəliblər.

Arena.az xəbər verir ki, 4 komandanın iştirakı ilə təşkil edilmiş turnir Honq Konqda keçirilir.

Bu qarşılaşmada Madrid “Real”ının sabiq ulduzları Kristiano Ronaldo və Kərim Benzema rəqib olaraq üzləşiblər. “Əl-Nəsr” “Əl-İttihad”ı 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Qalib komandanın heyətində Sadio Mane ilə Joao Feliks fərqləniblər. Yeni transferlərdən olan Feliksin qolunda Kristiano Ronaldo məhsuldar ötürmə müəllifi olub. “Əl-İttihad”ın qolunu isə Stiven Berqveyn vurub. Oyunda hesabı açmış Sadio Mane 26-cı dəqiqədə birbaşa qırmızı vərəqə almaqla komandasını azlıqda qoyub.

Yarımfinalın digər cütündə “Əl-Əhli” ilə “Əl-Qadisiya” qarşılaşacaqlar.

Seçilən
151
arena.az

1Mənbələr