“Bu əmr prezident Donald Trampdan alınıb. Bütün sərhəd divarını qara rəngə boyayacağıq”, - nazir jurnalsitlərə açıqlamasında deyib.
Amerika liderinin fikrincə, qara boya miqrantları divara dırmaşmaqdan çəkindirəcək, çünki isti havada qara rəngli divar çox qızacaq.
Kristi Noemin bölgəyə səfəri ABŞ-nin cənub sərhəddində həbslərin azaldığı vaxta təsadüf edir ki, bunun da əsas səbəbi icra tədbirlərinin gücləndirilməsidir.
Texasın qərbini və bütün Nyu-Meksiko ştatını əhatə edən El-Paso sektorunun rəhbəri vəzifəsini icra edən Uolter Slosar, Sərhəd Patrulunun hazırda gündə orta hesabla 41 adamı həbs etdiyini bildirib. Orta hesabla həbslər bir il əvvəl gündə təxminən 400, 2023-cü ildə isə təxminən 2300 nəfər təşkil edirdi.
Трамп распорядился покрасить стену на границе с Мексикой в черный цвет, чтобы она больше раскалялась на солнце и мешала нелегалам перелезать через нее. pic.twitter.com/UyZYcRJczB
— Seymur Bakshev (@SBakshev) August 20, 2025
Sahil İsgəndərov
AzVision.az