Azərbaycan "İnterviziya"da iştirak etməyəcək
Azərbaycan Rusiyada keçiriləcək "İnterviziya" müsabiqəsində iştirak etməyəcək.
aia.az xəbər verir ki, bu barədə tədbirin təşkilatçılarının sosial şəbəkələrdə yaydıqları məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, BƏƏ də mahnı müsabiqəsində iştirak etməyəcək. Səbəb kimi daxili vəziyyət və hazırlıq üçün vaxt çatışmazlığı göstərilir.
Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi (XİN) "İnterviziya"da iştirak edəcək ölkələrin siyahısını dərc edib.
Bu gün keçirilən mətbuat konfransında Rusiya XİN-in Çoxtərəfli Humanitar Əməkdaşlıq və Mədəni Əlaqələr Departamentinin direktoru Aleksandr Alimov tədbirdə 21 ölkənin iştirak edəcəyini bildirib.
"Təəssüf ki, dəvət etdiyimiz bütün ölkələrin heç də hamısı siyahımızda yer almayıb", - o qeyd edib.
aia.az