AZ

“Azərbaycan nefti və qazı Avropa üçün birinci plana çıxır”- Fikrət Sadıqov

“Qlobal proseslər fonunda Azərbaycan-Çin münasibətlərinə yeni prizmadən baxmaq lazımdır”

News365.az xəbər verir ki, politoloq Fikrət Sadıqov beynəlxalq vəziyyətin Azərbaycan-Çin münasibətlərinə təsirləri barədə açıqlama verib.

Onun sözlərinə görə, bu əlaqələrə dünyada baş verən proseslərin kontekstində yanaşmaq vacibdir:
“Rusiya hazırda Avropa İttifaqının tətbiq etdiyi 19-cu sanksiya paketi ilə üz-üzədir. Digər tərəfdən, Ukrayna ilə bağlı danışıqlar davam edir, Rusiya isə əməli düzəlişlər etməyə məcbur qalır. Bu fonda Azərbaycanın Ukraynaya göstərdiyi yardım – enerji, neft və qaz təchizatı, humanitar və iqtisadi dəstək – Moskva tərəfindən diqqətlə izlənilir”.

Politoloq qeyd edib ki, Avropa artıq Rusiyanın neft və qazından imtina edir:
“Rusiyanın enerji resursları əvvəlki kimi tələb olunmur. Bunun əvəzində Azərbaycan birinci plana çıxır. Azərbaycanın nefti, qazı və ixrac marşrutları Avropa üçün strateji əhəmiyyət kəsb edir və məharətlə istifadə olunur”.

Fikrət Sadıqov hesab edir ki, bu geosiyasi reallıqlar fonunda Bakı-Pekin münasibətləri daha da aktuallaşır

Seçilən
46
news365.az

1Mənbələr