ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Ukrayna Silahlı Qüvvələrinin komandanının atası – Rusiyanın əlində təbliğat və minnət alətinə çevrilib.
Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskiyə qarşı Rusiya mediası yeni informasiya kampaniyasına start verib.
Mövzu onun atasının xəstəliyidir.
Məlumata görə, Sırskiyin atası Stanislav Prokofyeviç Rusiyanın Vladimir vilayətində yaşayıb və ağır beyin xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yerli həkimlər nəticə əldə edə bilmədiyindən, ailə onu Moskva vilayətində xüsusi klinikaya köçürüb. Müalicənin bütün xərclərini general Sırski öz cibindən qarşılayıb – təxminən 2,5 milyon rubl məbləğində vəsait ayırıb.
Son məlumatlara görə, Moskvada aparılan intensiv müalicə nəticəsində xəstənin vəziyyəti stabilləşib. Hazırda reabilitasiya mərhələsi davam edir.

Rusiyanın müxtəlif media orqanları və teleqram kanalları bu faktı tirajlayaraq, ictimai müzakirəyə çıxarıblar. Məsələ ilə bağlı Sırskiyin qardaşı Oleg emosional açıqlama verib:
“İnsan ölüm ayağındadır. Onu rahat buraxın.”
O, atasının xəstəliyinin siyasi məqsədlərlə manipulyasiya edilməməsini xahiş edib.
Hadisənin şəxsi faciəvi tərəflərinə rəğmən, Kremlin nəzarətində olan media resursları bundan təbliğat vasitəsi kimi istifadə etməyə başlayıb. Məqsəd, Sırskinin ailə vəziyyətini gündəmə gətirərək Ukrayna komandanlığının etibarını zəiflətmək və cəmiyyətdə şübhələr yaratmaqdır.
Üstəlik, Rusiya mediası Sırskinin atasının xilas olunmasını Ukraynaya minnət kimi təqdim edir. Halbuki hər gün Ukraynada yüzlərlə ata, oğul, uşaq məhz Rusiyanın raket və dron zərbələri nəticəsində həyatını itirir. Bu fonda bir yaşlı insanın xəstəxanada normal müalicə almasını – özü də bütün xərcləri oğlu, Ukraynanın baş komandanı tərəfindən ödənilməsinə baxmayaraq – Kreml təbliğatı “Rusiyanın humanist addımı” kimi qabardır və Ukraynaya minnət qoymağa çalışır.

Sırskiyin atasının xəstəliyi insani faciədir, lakin Moskva bundan siyasi rıçaq kimi yararlanır. Ukrayna komandanının atasını “Rusiyanın əlində təbliğat aləti”nə çevirmək və üstəlik, bunu minnət kimi təqdim etmək Kremlin informasiya müharibəsinin düşük və yaramaz mahiyyətinj açıq şəkildə göstərir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.