Azərbaycandan xarici bazarlara pomidor ixracında ciddi artım müşahidə olunur.
Kənd Təsərrüfatı Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında ölkəmizdən 143 577,7 ton pomidor ixrac edilib. Pomidor ixracının ümumi dəyəri 157 milyon dollara yaxındır.
Bu ilin ilk 7 ayı ərzində pomidor ixracında həcm olaraq 22,8 faiz, dəyər olaraq 12,4 faiz artım qeydə alınıb.
Xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracı davam edir.