AZ

ƏƏSMN binalarını satışa çıxarır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yaxın günlərdə balansında olan yaşayış binalarını satışa çıxaracaq.

Tribunainfo.az xəbər verir ki, bu məqsədlə lazım olan ilkin proseduir artıq başladılıb.
Belə ki, nazirlik dünən satışa çıxarılması nəzərdə tutulan mənzillərin real bazar qiymətinin müəyyən edilməsi xidmətinin satın alınmasını həyata keçirib. Bu məqsədlə “AÇAR QİYMƏTLƏNDİRMƏ MƏRKƏZİ” MMC ilə razılaşma əldə olunub. Nazirlik bu işlərin görülməsi üçün şirkətə 9 min 770 manat ödəyəcək.

Fərda Uğur

Seçilən
75
1
tribunainfo.az

2Mənbələr