«Kəpəz» yeni mövsümə məğlubiyyətlə start verdi.
Sumqayıtda eyniadlı komandanın qonağı olan «sarı-göylər» meydandan 0:3 hesablı yenilgi ilə ayrılıb.
Beləcə, Adil Şükürovun 11 aydan sonra rəsmiləşən ikinci qayıdışı uğursuz alındı.
Hazırda mediada, sosial şəbəkələrdə onunla bağlı çoxlu tənqidlər, rəylər səsləndirilir. Gəncəli fanatların əksəriyyəti onu xoşluqla istefa verməyə səsləyir.
Yerli azarkeşlərin fikrincə, köhnə-yeni baş məşqçi normal seleksiya işi apara, yaxşı komanda formalaşdıra bilməyib və «Kəpəz»i Premyer Liqada saxlaması çətin görünür.
Bizdəki məlumata görə, ilk turda qeydə alınan nəticə klub rəhbərliyini də bərk narahat edib. Komandanın sərgilədiyi zəif oyun yönətim arasında geniş müzakirəyə çıxarılıb.
Sadəcə və sadəcə… İdarə Heyətinin yeni sədri Adil Vəliyev tələsik qərar vermək niyyətindən uzaqdır. İş adamı səbrli davranmağı lazım bilib.
SOCAR-ın sabiq məsul şəxsi ən azı ilk dövəninsonunadək adaşına şans vermək fikrindədir. O, inanır ki, mövcud vəziyyətdən çıxmaq mümkündür.
Vəliyev hazırda baş məşqçinin axtarışındadır.
Şükürovun son istəyi də onun tərəfindən müsbət cavablandırılıb - sədr daha 2 transfer əməliyyatının həyata keçirilməsinə büdcə ayırıb.
SPORTİNFO.AZ