AZ

İsak sükutu pozdu: "Nyukasl"ı görün nədə ittiham etdi

"Nyukasl"ın hücumçusu Aleksander İsak klubdan ayrılmaq istədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, 25 yaşlı hücumçu sosial şəbəkədə paylaşım edərək klub rəhbərliyini gələcəyi ilə bağlı vədləri pozmaqda ittiham edib:

"Əvvəlcə komanda yoldaşlarıma və bu yolda məni dəstəkləyən "Nyukasl"dakı hər kəsə təşəkkür etmək istəyirəm. Bu gün keçirilən mərasimdə iştirak etmədim, çünki baş verənlər fonunda orada olmaq doğru olmazdı.

Uzun müddət susdum, başqaları danışdı. Bu susqunluq bəzi insanlara öz versiyalarını irəli sürməyə imkan verdi, halbuki onların dedikləri qapalı qapılar arxasında deyilən və razılaşdırılanlarla üst-üstə düşmür.

Həqiqət budur ki, mənə vədlər verilib və klub mənim mövqeyimi çoxdan bilir. İndi bu problemlərin guya indi ortaya çıxdığını iddia etmək sadəcə çaşdırmaqdır. Vəd pozulanda və inam itiriləndə münasibətləri davam etdirmək mümkün deyil. Mənim üçün vəziyyət belədir və məhz buna görə dəyişikliklər hər kəsin, təkcə mənim yox, ümumi maraqlara xidmət edəcək".

Seçilən
76
publika.az

1Mənbələr