Bakı Ali Neft Məktəbinin (BANM) “Climacel” komandası hər il Gürcüstanda keçirilən nüfuzlu Global Innovation through Science and Technology (GIST) proqramında qalib gələrək 7000 ABŞ dolları mükafata layiq görülüb.
“İki sahil” xəbər verir ki, proqramda ümumilikdə 20 komanda iştirak edirdi. Bu il Azərbaycandan 7 komanda seçilmişdir ki, onların 5-i məhz BANM tələbələrindən ibarət olub. Bu uğur universitetimizin innovasiya potensialının və tələbələrimizin beynəlxalq arenada güclü təmsilçiliyinin bariz nümunəsidir.
Qalib komanda üzvləri:
Fatimə Nəsirova
Xəyalə Miriyeva
Komandanın mentoru:
Elmar Əsgərzadə
“Climacel” komandası innovativ yanaşması və peşəkar təqdimatı ilə münsiflər heyətinin yüksək qiymətini qazanaraq beynəlxalq səviyyədə Azərbaycanı uğurla təmsil edib.
Komandanı ürəkdən təbrik edirik.