Milli Texnologiya Hərəkatı vizyonunun dənizlərdəki əksi olan “Mavi Vətən” mövzusu ilə təşkil ediləcək TEKNOFEST Mavi Vatan üçün ziyarətçi qeydiyyatı başladı.
Yeniazerbaycan.com xəbər verir k, 30-31 avqust tarixlərində İstanbul Tersanesi Komutanlığında keçiriləcək tədbir dənizçilik mədəniyyətini yaxından kəşf etmək imkanı yaradacaq. İştirak tamamilə pulsuzdur! Qatılmaq üçün sadəcə onlayn qeydiyyatdan keçmək kifayətdir.
Tədbir haqqında
Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST, qurudan sonra indi də dənizlərə yönəlir. “Mavi Vətən” konsepti ilə keçiriləcək bu tədbir texnologiya və müdafiə sənayesi həvəskarlarını bir araya gətirərək Türkiyənin dənizlərdəki gücünü və qabaqcıl texnoloji imkanlarını nümayiş etdirəcək.
Yarışmalar və sərgilər
Mavi Vətən çərçivəsində dənizçilik və sualtı texnologiyalarına fokuslanan bir sıra yarışlar keçiriləcək:
Bundan əlavə, ziyarətçilər Türk Donanmasının ən mühüm gəmilərini yaxından görə biləcəklər: TCG Anadolu, TCG İstanbul, TCG Burgazada, TCG Oruçreis, TCG Nusret, TCG Sakarya və TCG Hızırreis.
Xüsusi proqramlar
Tədbirdə həmçinin:
Bundan başqa, T3 Vəqfi və TEKNOFEST iştirakçısı olan startapçılar tərəfindən hazırlanan yerli sosial media platforması “Next Sosial” istifadəçiləri, qeydiyyat zamanı telefon nömrəsi və ya e-poçt ünvanı uyğun gəldiyi halda üstünlüklü giriş hüququ əldə edəcəklər.