AZ

Ceyhun Bayramov kiprli həmkarı ilə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı Konstantinos Kombos ilə telefon danışığı zamanı bu ölkənin Avropa İttifaqı sədrliyi dövründə bölgədə sülh prosesinə verəcəyi töhfəni müzakirə edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Kiprin xarici işlər naziri Azərbaycanın Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı Kiprin 2026-cı ilin ilk yarısında Avropa İttifaqı Şurasına Prezidentliyi çərçivəsində planlar, habelə regional məsələlər müzakirə olunub. Kiprin Aİ sədrliyi dövründə bölgədə sülh prosesinə töhfə verməyə hazır olduğu bildirilib.

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Seçilən
89
11
news24.az

10Mənbələr