AZ

''Qaz, neft var, uşaqpulu yoxdur'' - sosial media şərhləri

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Rusiyanın İran dronları ilə Azərbaycan şirkəti SOCAR-ın Ukraynadakı məntəqələrini vurması sosial media istifadəçiləri arasında müzakirəyə səbəb olub.

İstifadəçilərdən biri yazır ki, "Bizə nə xeyri, SOCAR vurulub? SOCAR-ın da bizə xeyri yoxdur. Kimə işləyir SOCAR, o fikirləşsin".

Bir başqası isə bunun vətəndaşın cibinə zərər vuracağını düşünür:

"Qardaş SOCAR-ı yox, Azərbaycanı vurub, çünki bunun cəriməsini biz verəcəyik. Qazın, suyun qiyməti qalxacaq".

Biri isə "Baxıram, burda yazırlar ki, zor edib. Niyə görə zor edib, rus nə verib sizə?" deyə sual edib.

Bir başqası isə uzun müddətdir ölkədə müzakirə mövzusu olan, Azərbaycandan fərqli olaraq, Rusiyada verilən uşaqpulunu xatırladıb ki, "Rusiya uşaq pulu verir, xalqını sevir".

Başqa bir istifadəçi isə ironiya ilə yazır: "Rus məktəblərinin sayını artırın və rus məktəbləri ilə fəxr edin. Rus qiymətinizi verir".

Bir istifadəçi isə yenə də uşaq pulu verilməməsindən bəhs edir:

"Qazın, neftin nə xeyrini görmüşük ki, xərcini də biz verək? Uşaq pulu vermir, yaxşı olub".

SOCAR bu zərbənin nə qədər zərər vurduğunu açıqlamayıb.

Seçilən
117
bbc.com

1Mənbələr