Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, mundialda bu gün daha 2 qadın güləşçimiz medal uğrunda mübarizə aparır.
Onlardan biri 3-cü yer uğrunda qüvvəsini sınayacaqsa, digəri finala vəsiqə uğrunda xalça çıxacaq.
U-20 dünya çempionatı
Qadın güləşi
5️9️ kq
Günay Qurbanova bürünc medal uğrunda kanadalı Ella Findinqlə üz-üzə gələcək.
6️2️ kq
Ruzanna Məmmədova qazaxıstanlı Aydana Şorayevaya tam üstünlüklə (11:0), özbəkistanlı Nigina Sabirovaya isə 3:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ruzanna finala gedən yolda türkiyəli Büşra Efe ilə güləşəcək.
Yarımfinallar Bakı vaxtı ilə 18:00-da, medallar uğrunda qarşılaşmalar isə 19:00-da başlayacaq.
İdman.biz