ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna məsələsi üzrə yeni görüşün keçirilməsi ilə bağlı mümkün məkanlarından biri Finlandiyanın paytaxtı Helsinki ola bilər.
Oxu.Az-ın xəbərinə görə, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Svetlana Jurova Gazeta.ru-ya müsahibəsində bu barədə fikrini ifadə edib.
"Əgər Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünün yerini seçərkən istifadə edilən eyni məntiqə əməl etsək, o zaman yeni görüş üçün Finlandiya, məsələn, paytaxt Helsinki mənə ideal yer kimi görünür. Finlandiya da bir vaxtlar Alyaska kimi, Rusiya İmperiyasının tərkibinə daxil olub ki, bu da görüşün tarixi komponentini vurğulayardı", - deyə deputat bildirib.
Onun fikrincə, Ukrayna məsələsi üzrə yekun sammitdə təkcə Rusiya, ABŞ və Ukrayna deyil, həm də Avropa dövlətlərinin nümayəndələri də iştirak etməlidir.
Xatırladaq ki, avqustun 18-də Ağ Evdə ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında görüş keçirilib. Həmin gün Tramp Avropanın başçılarını qəbul edib. Danışıqlardan sonra Ağ Ev rəhbəri Trampın vasitəçiliyi ilə Putin və Zelenski arasında görüşün təşkili üçün işə başlanıldığını bəyan edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.