AZ

Uşaqların məktəbə adaptasiyası niyə çətin olur?

Məktəbə başlayan uşaqlar üçün də ən vacib məsələ onlara zaman verməkdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.

Onun sözlərinə görə, uşaq yeni mühitə dərhal uyğunlaşmaya bilər və bu təbiidir.

Psixoterapevt qeyd edib ki, ilk günlərdə valideyn dəstəyi, müəllimlərlə mehriban münasibət və emosional bağlılıq prosesə müsbət təsir göstərir.

"Uşağın məktəbi təhlükəsiz qəbul edən bir yer kimi görməsi üçün müəllim, valideyn və uşaq arasında sıx əməkdaşlıq qurulmalıdır".

Mina Mikayılova

Seçilən
77
1
bakivaxti.az

2Mənbələr