AZ

Əlilliyi olan 130-dan çox gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində bu il əlilliyi olan 325 gəncə xidmətlər göstərilib.

Onlardan 251 nəfəri peşə, 74 nəfəri isə digər sosial reabilitasiya xidmətləri ilə təmin edilib. 

Nazirlikdən XQ-yə bildirilib ki, mərkəzə 15-29 yaşlı əlilliyi olan şəxslər qəbul olunur. Onlar burada müxtəlif peşələr üzrə 3-6 aylıq hazırlıq kurslarında yeni bacarıqlara yiyələnir, həmçinin sosial reabilitasiya xidmətlərindən faydalanırlar.

Kursları uğurla bitirən şəxslərə peşə şəhadətnamələri verilir və onların əmək bazarına çıxışı üçün dəstək göstərilir. 

Hazırda Mərkəzdə 130-dan çox gəncin peşə və sosial reabilitasiya kursları davam edir. Müəssisəyə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, reabilitasiya xidmətləri ilə də təmin olunurlar. 

Seçilən
23
4
xalqqazeti.az

5Mənbələr