AZ

Elçin Qasımov kimdir? Öz ölkəsinə səfir təyin olunan azərbaycanlı

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, avqustun 18-i Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın ölkəyə yeni təyin olunan səfiri Elçin Qasımovun etimadnaməsini qəbul edib.

Lent.az “Bioqrafiya” rubrikasında Elçin Qasımov haqqında məlumat verir.

Slovakiyanın ölkəmizdəki yeni səfiri Elçin Qasımov 29 dekabr 1987-ci ildə Moskvada anadan olub.

Əslən Kəlbəcər rayonunun Başlıbel kəndindən olan E.Qasımov idmanın gimnastika növü ilə məşğul olub. Həmçinin, tennis üzrə Avropa birincisidir.

Diplomatik fəaliyyətə başlamazdan əvvəl Slovakiya Respublikasının Parlamentinin sədrinin müşaviri vəzifəsində çalışıb.

Bir müddət isə Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini tutub.

E.Qasımovun atası professor Cəlal Qasımov uzun illərdir Azərbaycanın Slovakiyadakı fəxri konsuludur. Yeni səfir Milli Məclisin deputatı Mircəlil Qasımlının əmisi oğludur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
4
lent.az

5Mənbələr