İspaniya Cənubi Qafqazın inkişafı üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışıqlarının nəticələrinə dair öz səhifəsində yazıb.
"Sülh prosesinə dəstəyimi ifadə etmək üçün bu gün azərbaycanlı və erməni həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışıqları apardım. Onları əldə edilmiş razılaşmalar münasibətilə təbrik etdim və vurğuladım ki, İspaniya davamlı sülhün möhkəmləndirilməsi naminə iki ölkə arasında münasibətlərin normallaşmasını tam dəstəkləyir. Bu, bütün region üçün vacib və ümidverici xəbərdir", - nazir qeyd edib.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın XİN başçıları avqustun 8-də Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş"i paraflayıblar.