AZ

Biləsuvarda yeniyetmə bacısının qayınatasını bıçaqladı - Yenilənib

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində dünən gecə saatlarında qeydə alınıb.

Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü K.A. həmkəndlisi 1966-cı il təvəllüdlü Babayev Azər Babulla oğlunu bıçaqlayıb.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına bədəninin müxtəlif nahiyələrinin deşilmiş yaraları ilə çatdırılan A.Babayev təcili əməliyyat olunub. Hazırda vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə yaralanan kişinin gəlininin qardaşıdır. Hadisəyə səbəb ailədaxili münaqişənin olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü K.Abuzərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Surxay Şahbazov

Seçilən
72
4
qafqazinfo.az

5Mənbələr