AZ

Netanyahu Makronun bəyanatına etiraz etdi

İsrail Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımağa dair bəyanatını antisemitizmə təkan verən addım kimi qiymətləndirib.

Milli.Az xəbər verir ki, Netanyahu Makrona ünvanladığı məktubda bu qərarın HƏMAS-ı təşviq etdiyini və Fransada yəhudilərə qarşı nifrəti artırdığını qeyd edib.

Makron iyulun 24-də Fransa hökumətinin sentyabrda BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacağını bəyan etmişdi.

Asya
Milli.Az

Seçilən
34
1
milli.az

2Mənbələr